Əli Gökdəmir: Məqsədim yalnız Portuqaliyaya qarşı oynamaq deyil
01.04.2013 - 11:09
“Çox məyusam ki, belə oldu. Zədələndim və millidən kənar qaldım”. Apasport.az saytının məlumatına görə, bunu yığmamızın və “Hannover 96”nın futbolçusu Əli Gökdəmir deyib.
Uzun müddətdir zədə səbəbindən klubundan ayrı düşən Gökdəmir millimizin Lüksemburq və Portuqaliya ilə görüşlərinə də məhz bu üzdən çağırılmayıb. Almaniyada futbolçumuzdan Ronaldo və Naninin çıxış etdiyi Portuqaliya yığmasına qarşı oynaya bilməməsi haqda soruşulub.
Gökdəmir isə buna görə təəssüfləndiyini bildirsə də, cavabı maraqlı olub: “Çox təəssüf ki, Ronaldo və onun komanda yoldaşlarına qarşı oynaya bilmədim. Ancaq indi buna görə əsəbi deyiləm. Buna ehtiyac da yoxdur. Çünki mənim məqsədim millidə yalnız Portuqaliyaya qarşı oynamaq deyil”.

0
0