“Georgi Nikolov o qədər “quşlayıb” ki...” - FOTO
01.04.2013 - 12:16
“Bolqarıstanlı Georgi Nikolov mənə Vətənim Azərbaycanda göstəriş verə bilməz”. Bunu apasport.az saytına “Neftçi” fan-klubunun rəhbəri Ceyhun Bədəlzadə deyib.
Topaz Premyer Liqasının XXIV turunun “İnter” – “Neftçi” qarşılaşması gərginliyi ilə yadda qaldı. “Bankirlər”in prezidenti Georgi Nikolov təmsil olunduğu klubun saytında rəqib komandanın azarkeşlərinin hərəkətlərinə də toxunub.
Belə ki, bolqarıstanlı atılan fişəngin meydançaya böyük məbləğdə zərər vurduğunu və sahib olduqları “Şəfa” stadionunda vəhşiliyin yolverilməz olduğunu açıqlayıb
Bədəlzadə Nikolova azarkeşlərin hərəkətini müzakirə etməkdənsə, öz işi ilə məşğul olmağı məsləhət görüb: “Ona qalsa, Nikolov o qədər “quşlayıb” ki... Biz beləyik, məsuliyyəti dərk edirik. Ancaq isti başda ağıl olmur. Bu, futboldur və onu maraqlı edən azarkeşlərdir. Həmin gün stadionda gözəl atmosfer vardı. Azarkeş meydana fişəng atar. Stadion uşaq bağçası deyil ki, sakit oturaq, sonra da gedək yatmağa”.

0
0