Elxan Məmmədov yığmamızı təbrik etdi - FOTO
01.04.2013 - 14:54
AFFA-nın baş katibi Elxan Məmmədov 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləri ilə görüşüb. Apasport.az saytının məlumatına görə, bu gün AFFA-nın inzibati binasında baş tutan tədbir yığmamızın Avstriyada təşkil olunmuş turnirdə 1-ci yeri tutmasına həsr olunub.
Məmmədov yığmamızı təbrik edib, qarşıdakı oyunlarda komandamıza uğurlar arzulayıb. O, qeyd edib ki, belə oyunlarda qazanılan hər qələbə gələcəkdə daha yaxşı nəticələr əldə etmək üçün əlavə stimuldur. Baş katib Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunlara yüksək səviyyədə hazırlıqla bağlı yığmamıza tövsiyələrini verib.
Qeyd edək ki, U-21 yığmamız Avstriyada keçirilmiş turnirdə Macarıstanın "Haladas" klubunu və Albaniyanın U-21 yığmasını məğlub etmiş (müvafiq olaraq, 2:1 və 2:0), Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə heç-heçə etmişdi - 1:1.
Mənbə: affa.az

0
0