“Allah maşınımı o günə salanın bəlasını versin!”
01.04.2013 - 15:01
“Allah maşınımı o günə salanın bəlasını versin!”
Azərbaycanlı FİFA hakimi Anar Salmanovun avtomobilinə xəsarət yetirilib. Bu haqda apasport.az saytına Salmanovun özü məlumat verib.

Topaz Premyer Liqasının XXIV turunda “İnter” - “Neftçi” matçını idarə edən 33 yaşlı hakim “Şəfa” stadionundan çıxandan sonra maşınına xətər yetirildiyinin şahidi olub. Onun sözlərinə görə, azarkeşlər ona məxsus “Passat” avtomobilini cızıq-cızıq ediblər.

“Artıq məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına ərizə ilə müraciət etmişəm. Nizami rayonu 23-cü polis bölməsində araşdırma aparılır. Bilmirəm, bunu “İnter” azarkeşləri, yoxsa kim edib. Yalnız onu deyə bilərəm ki, Allah maşınımı o günə salanın bəlasını versin!”.

Qeyd edək ki, həmin qarşılaşmada “Neftçi” “İnter” üzərində qələbə qazanıb - 1:0.

Mehman SÜLEYMANOV