“Turan”ın prezidenti: Namiq Məstanovun sözlərini ciddi qəbul etməyin
01.04.2013 - 15:31
“Turan”ın prezidenti: Namiq Məstanovun sözlərini ciddi qəbul etməyin
“Hansı futbolçu deyib ki, pullarını ala bilmir? Ender Günlü? Aprelin ilk 10 günü ərzində bu məsələ yoluna qoyulacaq”. Bunu apasport.az saytına açıqlamasında “Turan”ın prezidenti Yaşar İbrahimov deyib.

“Turan” ötən ilin sonlarından futbolçulara maaşlarını ödəyə bilmir. Klubda böhran o həddə çatıb ki, futbolçular bazada qaldıqları vaxt yeməyi öz hesablarına yeyirlər.

Ancaq İbrahimov artıq hesablarında pulun olduğunu və bu ay futbolçuları sevindirəcəyini bildirib: “Novruz bayramına düşdüyü üçün keçən dəfə maaşları verə bilməmişdik. Ancaq aprelin ilk 10 günlüyündə futbolçular qəpiyinəcən pullarını alacaq. Klubun vitse-prezidenti Namiq Məstanovun “komanda qalib gələməyənəcən futbolçulara pul verməyəcəyik” sözlərini isə ciddi qəbul etməyin. O, komanda “Rəvan”a 2:6 hesabı ilə uduzduğu üçün hirsindən belə deyib. Hər şey yaxın günlərdə düzələcək”.

Səbuhi TOFİQOĞLU