11 dəqiqəyə het-trik edən yeni rekordçu
01.04.2013 - 16:27
11 dəqiqəyə het-trik edən yeni rekordçu
“Rəvan” Topaz Premyer Liqasının XXIV turu çərçivəsində "Turan”ı darmadağın etdi. Apasport.az saytının məlumatına görə, paytaxt klubu "Dalğa Arena”da keçirilən oyunda ilk hissədə hesabda 1:2 geri olsa da, fasilədən sonra fantastik çıxışla rəqibə divan tutdu.

Bu qələbədə Xuan Manuel Vareanın da müstəsna rolu oldu. Argentinalı qoleador 61-72-ci dəqiqələr arasında 3 dəfə fərqlənməklə komandasının hesabda önə keçməsinə və üstünlüyünü artırmasına birbaşa səbəbkar oldu. Varea het-triki cəmi 11 dəqiqəyə reallaşdırmaqla çempionatlarımız tarixində rekorda imza atmış oldu. Hələ heç kim (ilk) 3 qolu(nu) belə tez müddətə vura bilməmişdi.

Cari mövsümün 2-ci het-trikinin müəllifi olan Xuan həm də "Rəvan”ın tarixinə düşdü. Belə ki, qollarının sayını 11-ə çatdırmaqla bu göstəricidə 2 rəqəmli nəticəyə çatan ilk "aslan” olan Varea həm də komandasının elitada 1 oyuna 3 qol vurmuş ilk futbolçusu kimi adını tarixə yazdırdı.