Ramil Əliyevin “xarizma”sından kim qorxub? - FOTO
01.04.2013 - 16:35
Ramil Əliyevin “xarizma”sından kim qorxub? - FOTO
“Öncə onu qeyd edim ki, oyun bizim üçün göründüyü qədər asan keçmədi. Xüsusən ilk yarıda rəqib sona qədər döyüşür, mübarizə aparırdı. Müdafiədəki boşluqlarımızdan yararlanaraq, hava toplarında bizə problem yaşadırdılar”. Apasport.az saytının məlumatına görə, bunu “Rəvan”ın hücumçusu Xuan Manuel Varea deyib.

“Sarı-qırmızılar”ın argentinalı bombardiri ötən tur “Turan” üzərində darmadağında biri penaltidən olmaqla 11 dəqiqəyə vurduğu 3 qolla töhfə verdi. Qollarının sayını 11-ə çatdırmaqla, klubunun qısa müddətli tarixində bu baxımdan ən çox qol vuran futbolçu ünvanını ələ keçirən Varea “Rəvan”ın rəsmi saytına açıqlamasında son matç və orda qeydə alınan rekord və ilklərlə bağlı danışıb.

O, fasiləyə qədər “Turan”a 1:2 hesabı ilə yenildikləri üçün baş məşqçi Ramil Əliyevin əsəbi olduğunu bildirib: “Fasilədə baş məşqçimiz bizimlə ciddi söhbət etdi. Onu hələ bu qədər əsəbi görməmişdim. Futbolçular öz arasında söz verdi ki, ikinci hissəni çıxıb fərqli oynayacağıq. Gördüyünüz kimi, fasilədən sonra çox yaxşı oynadıq. 5 qol vurduq, üstəlik, 3 yüzfaizli imkanı da qaçırdıq. Qollarımı qızıma həsr edirəm”.