Qaçan “bankirlər”
01.04.2013 - 16:41
Qaçan “bankirlər”
“İnter”in futbolçularının Topaz Premyer Liqasının XXIV turunun “Neftçi” ilə oyundakı göstəriciləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, “İnStat Football” şirkəti martın 30-da “Şəfa”da baş tutan qarşılaşmada “bankirlər”in arasında ən çox məsafə qət edənləri müəyyənləşdirib.

Paytaxt derbisində meydan sahiblərinin üzvləri ümumilikdə 125,5 km məsafə qət edib. Bu matçda komandanın lideri Fuad Bayramov olub. Gənc futbolçu daha təcrübəli komanda yoldaşlarını da arxada qoyub.

yer
Adı
Məsafə (metrlə)
1
Fuad Bayramov
13460
2
Samir Zərgərov
12967
3
Slavço Georgiyevski
12316
4
Asif Məmmədov
11841
5
Baçana Sxadadze
11199