“Neftçi” qapıçısına bəraət qazandırdı
01.04.2013 - 16:53
“Neftçi” qapıçı Saşa Stamenkoviçin Topaz Premyer Liqasının hesabat turunun “İnter”lə oyununda etdiyi hərəkətə münasibət bildirib. Komandanın rəisi Güloğlan Cabbarov apasport.az saytına açıqlamasında serbiyalı legionerin “Şəfa” stadionundakı matçın son dəqiqələrində özündən çıxaraq, rəqibin futbolçuları ilə insidentə girişməyini ona ana söyüşü edilməyi ilə izah edib.
Cabbarov bildirib ki, Saşa ilə məsələni aydınlaşdırıblar: “Stamenkoviçi artıq 2-ci mövsümdür burda oynadığından, yaxşı tanıyırsınız. O, lovğa, özündən elə-belə çıxan futbolçu deyil. Gördüyünüz kimi, qapıçımız özündən elə çıxmışdı ki, heç cür sakitləşdirmək olmurdu. Bu, vaxtı uzatmaq söhbəti deyildi. Hər halda, ana müqəddəsdir və heç kim ona söyüşü götürməz. Kim ki söyüş məsələsini təkzib edir, düz etmir. Hər halda, biz futbolçumuza inanaraq, hərəkətinin səbəbsiz olmadığını görürük”.

0
0