Arda Turanın zədəsi ciddidir
01.04.2013 - 20:09
Arda Turanın zədəsi ciddidir
İspaniya La Liqasının 29-cu turu çərçivəsində “Valensiya” ilə qarşılaşmanın 26-cı dəqiqəsində sol ayağı burxularaq meydanı tərk edən “Atletiko”nun futbolçusu Arda Turan 2 həftəyə yaxın komandasına kömək edə bilməyəcək. Apasport.az saytının məlumatına görə, bu gün Madrid təmsilçisinin məşqinə qatılmayan Türkiyə millisinin üzvü tibbi müayinədən keçib.

Klubdan verilən açıqlamada Ardanının sol ayağının burxulduğu təsdiqlənib və zədəsinin ciddi olduğu bildirilib. Lakin onun yenidən meydana nə vaxt dönəcəyi ilə bağlı heç bir məlumat yoxdur.

Qeyd edək ki, “Atletiko” doğma publika önündə “yarasalar”la 1:1 hesablı sülhə razılaşıb. Madridlilərin heyətində 6-cı dəqiqədə fərqlənən Radamel Falkaounun qolunun ötürməsini Arda Turan edib.