“Çelsi” yarımfinalda
01.04.2013 - 21:10
“Çelsi” yarımfinalda
İngiltərə Federasiya Kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, “Stemford Bric” stadionunda “Çelsi” Premyer Liqanın lideri “Mançester Yunayted”i qəbul edib.

“Old Trafford”da baş tutan ilk matçda 2:2 hesablı bərabərlik qeydə alınmışdı. Bu dəfə isə London klubu “qırmızı şeytanlar”ı minimal hesabla məğlub edərək yarımfinala keçib. “Zadəganlar”ın yeganə qoluna Demba Ba imza atıb.

Qeyd edək ki, “Çelsi” yarımfinalda “Mançester Siti” ilə qarşılaşacaq. Görüş aprelin 14-də reallaşacaq. Digər yarımfinalçılar isə “Milluoll” və “Uiqan” klublarıdır.

İngiltərə Federasiya Kuboku
1/4 final
1 aprel

“Çelsi” - “Mançester Yunayted” – 1:0
Demba Ba, 49