Millimizə qol vuran futbolçu zədələndi
01.04.2013 - 22:08
Millimizə qol vuran futbolçu zədələndi
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Portuqaliya yığması və “Beşiktaş”ın hücumçusu Uqo Almeyda zədələnib. Apasport.az saytının məlumatına görə, təcrübəli futbolçu Türkiyə Superliqasının 27-ci turu çərçivəsində səfərdə “Mersin İdmanyurdu” ilə qarşılaşmanın start heyətində meydana çıxaraq cəmi 11 dəqiqə mübarizə aparıb.

Belə ki, Almeyda rəqib komandanın qapısı önünə qaçarkən birdən axsamağa başlayıb. Daha sonra isə o, ehtiyat skamyası tərəfə gedərək həkimlər tərəfindən ilkin tibbi müayinədən keçib. Uqonun yerinə isə meydana Filip Holosko daxil olub.

Qeyd edək ki, Uqo Almeyda DÇ-2014-ün seçmə mərhələsində Bakıda millimizlə oyunda qapıçımız Kamran Ağayevi cəzalandırmışdı. Portuqaliyalı futbolçunun vurduğu qol komandasının yığmamız üzərində 2:0 hesablı qələbəsini təmin etmişdi.