İbrahimoviç Messini təriflədi
01.04.2013 - 22:41
İbrahimoviç Messini təriflədi
PSJ-nin hücumçusu Zlatan İbrahimoviç Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində “Barselona”ya qarşı oyundan öncə mətbuat konfransında maraqlı çıxışı ilə diqqət çəkib. Apasport.az saytının məlumatına görə, jurnalistlər isveçrəli futbolçudan Kataloniya klubunun forvardı Lionel Messi ilə bağlı fikirlərini öyrəniblər.

İbrahimoviç isə argentinalı oyunçunu tərifləyib: “Lionel Messi? Sözsüz ki, bu, müasir futbolda ən böyük oyunçudur. O, “Qızıl top”un dörd dəfə qalibidir və artıq bu mükafat onun şərəfinə adlanmalıdır. Onu futbol tarixində ən yaxşı adlandırmaq olarmı? Bilmirəm. Amma Messi karyerasını nə vaxt başa vuracaq, bu, onda mümkün olacaq”.

Qeyd edək ki, Paris və Kataloniya klubları arasında ilk matç aprelin 2-də baş tutacaq.