AFFA-nın əməkdaşı beynəlxalq konfransda
01.04.2013 - 23:26
Moskva şəhərində Rusiyada qadın futbolunun 25 illik yubileyinə həsr olunan beynəlxalq konfrans və təntənəli mərasim keçirilib. Apasport.az saytının məlumatına görə, tədbirdə Rusiya Futbol İttifaqının prezidenti Nikolay Tolstıx, FIFA-nın Avropada futbolun inkişafı üzrə meneceri Yeva Paskue, UEFA-nın qadın futbolu komitəsinin sədri və İcraiyyə Komitəsinin üzvü Karen Espelund, həmçinin Almaniya, İngiltərə və Azərbaycandan dəvət olunmuş qonaqlar iştirak edib.
AFFA-nın Texniki departamentinin əməkdaşı Zümrüd Məmmədova çıxış edərək ölkəmizdə qadın futbolunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.
Mənbə: affa.az
AFFA-nın Texniki departamentinin əməkdaşı Zümrüd Məmmədova çıxış edərək ölkəmizdə qadın futbolunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.
Mənbə: affa.az
0
0