“Rəvan” tam heyətlə hazırlıqlarını bərpa etdi
02.04.2013 - 00:22
“Rəvan” Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində “Turan”ı məğlub etdikdən (6:2) sonra 1 günlük istirahətə buraxılıb. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, bazar günü dincələn futbolçular ötən gündən məşqləri bərpa edib.
Saat 16:00-da “Bayıl-Arena”da başlayan məşq bərpaedici xarakterli olub. Futbolçular fiziki hazırlıq üzrə məşqçi Rastislav Svitskinin nəzarəti altında təxminən 1 saat yüngül məşqlər edib. Ardından kiçik zonalarda topu özündə saxlamağa çalışaraq oyunçular 1 toxunuşlu dəqiq ötürmələr üzərində işləyib. Sonra isə meydanın yarı hissəsində ikitərəfli oyun olub.
Qeyd edək ki, zədə üzündən “Turan”la matçı buraxan Samuel Barlay da komanda ilə birgə məşqlərdə iştirak edib. Başqa sözlə, düşərgədə zədəli futbolçu yoxdur.

0
0