“Qəbələ” qrup mərhələsini uğurla adladı, “Vilyarreal”a uduzdu
02.04.2013 - 00:32
Antalyada IV Vodafone Kubokunda çıxışını davam etdirən “Qəbələ”nin 13 yaşa qədər futbolçulardan ibarət komandası ötən gün turnir çərçivəsində 2 oyun keçirib. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, qrup mərhələsinin son oyununda “Kızılcahamamspor”la qarşılaşan “qırmızı-qaralar” rəqibinə heç bir şans verməyib.
Türkiyə təmsilçisini 4 dəfə meydanın mərkəzinə dəvət edən “Qəbələ” qapısını toxunulmaz saxlaya bilib – 4:0. Matç Təbriz İsazadənin “het-trik”i ilə yadda qalıb. Digər qol isə Məhəmməd Abbaslının aktivinə yazılıb.
Bu nəticədən sonra 2 qələbə və 1 məğlubiyyətlə “Qəbələ” qrup mərhələsini 2-ci pillədə adlayıb. 1/16 final mərhələsində isə təmsilçimiz İspaniya “Vilyarreal”ı ilə üz-üzə gəlib. “Qırmızı-qaralar” matçı yüksək səviyyədə keçirsə də, yekunda ispaniyalılar 2:0 hesabı ilə qalib gəlib.
“Qəbələ” turnir çərçivəsində növbəti oyununu aprelin 3-ü keçirəcək. 9-16-cı yerlər uğrunda qarşılaşmada komandamız “Sarıyer”lə münasibətlərinə aydınlıq gətirəcək.
Bu gün isə turnirdə “All Star” matçı baş tutacaq. Sözügedən oyunda Əcnəbilər yığması ilə Türk yığması üz-üzə gələcək. Əcnəbilər yığmasının qapısını “Qəbələ”nin qolkiperi Murad Cəfərov qoruyacaq. Bakı vaxtı ilə 15:30-da start götürəcək matç NTV Spor kanalı vasitəsilə canlı yayımlanacaq.

0
0