Qapıçı komandasını məğlubiyyətdən qurtardı - VİDEO
02.04.2013 - 03:00
Qapıçı komandasını məğlubiyyətdən qurtardı - VİDEO
Almaniya II Bundesliqasında çıxış edən “San-Paulo” - “Padeborn” matçında maraqlı qol qeydə alınıb. Apasport.az saytının məlumatına görə, meydan sahiblərinin 1:2 hesabı ilə uduzduqları görüşdə qapıçı Filipp Çaunera komandasını məğlubiyyətdən xilas edib.

Belə ki, 90-cı dəqiqədə “San-Paulo” künc zərbəsi vurmaq şansı qazanıb. Bundan istifadə edən qolkiper öz qoruduğu qapını yalnız buraxaraq rəqib komandanın cərimə zərbəsinin içərisinə gəlib. Komanda yoldaşı Daubenin küncdən göndərdiyi topu Çaunera başla birbaşa tordan keçirərək “San-Paulo”ya 1 xal qazandırıb.

Qeyd edək ki, bu matdan sonra “San-Paulo” turnir cədvəlində 12-ci pilləyə yüksəlib.