Arda Madriddə sabiq komandasını ziyarət etdi - FOTO
02.04.2013 - 03:33
Arda Madriddə sabiq komandasını ziyarət etdi - FOTO
“Qalatasaray” Çempionlar Liqasının (ÇL) 1/4 final mərhələsində “Real”la oyun üçün artıq Madrid şəhərindədir. Apasport.az saytının məlumatına görə, “Cim-Bom”un qaldığı otelə “aslanlar”ın sabiq futbolçularından biri ziyarət edib.

Bu, 2011-ci ildə İstanbul klubundan “Atletiko”ya transfer olunan Arda Turandır. Türkiyə millisinin üzvü komandanın nahar etdiyi zaman otelə gələrək, baş məşqçi Fatih Terim başda olmaqla “Qalatasaray”ın bütün futbolçuları ilə görüşüb və onlarla uzun müddət söhbətləşib.

Daha sonra Arda “Cim-Bom”a çətin rəqib önündə uğurlar arzulayıb.

Qeyd edək ki, “Real” - “Qalatasaray” matçı sabah Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.