Abışovun komanda yoldaşı gələcək karyerası haqda danışdı
02.04.2013 - 05:10
Abışovun komanda yoldaşı gələcək karyerası haqda danışdı
Azərbaycan millisi və “Rubin”in müdafiəçisi Ruslan Abışovun komanda yoldaşı Gökdəniz Karadəniz karyerası ilə bağlı maraqlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, türkiyəli futbolçu Kazan təmsilçisinin azarkeşlərinin futbolu çox sevdiyini bildirib.

O, sevdiyi oyunla Tatarıstan təmsilçisində vidalaşmaq istədiyini ifadə edib: “Çox komanda dəyişdirməyi sevmirəm. Bir klubda uzun müddət çıxış etməyi xoşlayıram. ”Rubin”də atmosfer olduqca yüksək və bunu hər kəs təcrübə etməlidir. Burada özümü çox rahat hiss edirəm. Klubumu, komanda yoldaşlarımı, rəhbərliyi və azarkeşlərimizi sevirəm. Kazan azarkeşlərini tanıtmaq üçün söz belə yetməz. Onlar futbolu çox sevir və bu oyununun onların qanlarında dolaşdığını deyə bilərəm. Hazırda gələcək karyeram haqda danışmaq istəmirəm. Hələ ki, “Rubin”lə müqaviləm var və karyeramı burada başa vurmaq niyyətindəyəm. Əgər klubum mənimlə yollarına davam etmək istərsə, mən də bundan çox xoşbəxt olardım”.

Qeyd edək ki, 2008-ci ildə “Trabzonspor”dan “Rubin”ə 8,7 milyon avroya transfer olunan 33 yaşlı yarımmüdafiəçi 171 matçda meydana çıxıb və 27 qola imza atıb.