Karlo Ançelotti: Ən kiçik imkandan istifadə edə bilirik
02.04.2013 - 05:47
Karlo Ançelotti: Ən kiçik imkandan istifadə edə bilirik
“İndi mövsümün ən ağır matçı bizi gözləyir. Həmçinin də bu, bizim üçün ən önəmli oyundur”. Apasport.az saytının məlumatına görə, bu sözləri PSJ-nin baş məşqçisi Karlo Ançelotti deyib. O, Çempionlar Liqasının 1/4 final mərhələsində “Barselona” ilə qarşılaşmadan öncə mətbuat konfransı keçirib.

İtaliyalı mütəxəssis görüşdə ən kiçik imkandan istifadə edə biləcəklərini ifadə edib: “Ola bilər ki, biz nadir hallarda topla malik olacağıq. Amma top nə vaxt ki, bizdə olacaq, onda ən kiçik imkandan istifadə edə bilirik. Zlatan İbrahimoviç və ya Lionel Messi kimi oyunçuları dayandırmaq çox çətindir. Rəqibin futbolçuları haqda deyil, öz oyunumuz haqda düşünmək lazımdır. Qonaqlardan kimin meydana çıxması ilə bizim taktiki seçimimiz dəyişməyəcək. Oyunda müdafiəni saxlamaq və rəqibi əks-hücumda yaxalamaq lazımdır”.

Qeyd edək ki, PSJ – “Barselona” matçı bu gün Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.