Konte “Bavariya”nı favorit hesab edir
02.04.2013 - 06:27
Konte “Bavariya”nı favorit hesab edir
Çempionlar Liqasının 1/4 final mərhələsində “Bavariya” ilə qarşılaşacaq “Yuventus”un baş məşqçisi Antonio Konte oyundan öncə təşkil edilən mətbuat konfransında çıxış edib. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis münhenliləri favorit hesab edir.

O, komandasının şanslarını çox yüksək qiymətləndirilməməsinə baxmayaraq Almaniyaya uduzmaq üçün gəlmədiklərini vurğulayıb: “Bavariya”nı yaxşı öyrəndik. Bizim hamınızı əla matç gözləyir. İlk dəfə çox uzun vaxt ərzində Çempionlar Liqasının 1/4 finalında oynayacağıq. Əlbəttə, “Bavariya” favoritdir və bizim şanslarımız çox yüksək qiymətləndirilmir. Amma Münhenə uduzmaq üçün gəlmədik. Hələlik bilmirəm ki, kim hücumda oynayacaq. Ön xəttə kimisə nominal yarımmüdafiəçilərdən göndərəcəyəm. Taktikanı dəyişdirməmək və ən yüksək oyun nümayiş etdirmək lazımdır. Adətən İtaliya klubları çox intizamlı oynayır. Bundan başqa istəyərdim ki, mənim komandam rəqibə öz gücünü diktə etsin. Bu tamamilə mümkündür”.

Qeyd edək ki, “Bavariya” – “Yuventus” matçı bu gün Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.