“San-Siro”dakı o səhvlər təkrarlanmamalıdır”
02.04.2013 - 06:52
“San-Siro”dakı o səhvlər təkrarlanmamalıdır”
“Milanda biz yaxşı oynamadıq və nəticə həmçinin dəhşətli idi. Amma evdə istədiyimizə nail olduq. Bu, çətin matç olacaq və bizim oyuna çox köklənməyimiz lazımdır. “San-Siro”dakı o səhvlər təkrarlanmamalıdır”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Barselona”nın hücumçusu David Vilya səsləndirib.

İspaniya milli komandasının üzvü Çempionlar Liqasının 1/4 final mərhələsinin PSJ ilə keçiriləcək oyundan öncə mətbuat konfransında matçı dəyərləndirib: “Qarşılaşmada heç olmasa ilk topu vurmaq önəmlidir. Ümid edirik ki, biz buna müvəffəq olacağıq. “Nou Kamp”da isə cavab görüşü keçiriləcək. Bu oyunun 180 dəqiqəsində konsentrasiyaları itirməmək lazımdır”.

Qeyd edək ki, Paris və Kataloniya klubları arasında ilk matç bu gün Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.