“Qalatasaray”ın futbolçuları “Real”a qalib gələ biləcəklərinə inanmalıdır”
02.04.2013 - 08:29
“Biz öz gücümüzə və “Real” üzərində qələbənin mümkünlüyünə inanmalıyıq. Əgər “Qalatasaray”ın futbolçuları buna inanmasa, onda qalib gələ bilməzlər”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Qalatasaray”ın hollandiyalı futbolçusu Uesli Sneyder deyib. Yarımmüdafiəçi Çempionlar Liqasının 1/4 final mərhələsində “Real”la sabah Madriddə keçiriləcək oyun öncəsi şanslarını dəyərləndirib.
Sneyderin sözlərinə görə, vaxtilə şərəfini qoruduğu İspaniya təmsilçisi ilə matçda qələbə qazana bilərlər: “Buna görə “Santyaqo Bernabeu” stadionuna yaxşı bir şey edə biləcəyimizə əmin olaraq çıxmalıyıq. Başa düşürük ki, oyun çox çətin olacaq. Ancaq bizim yaxşı komandamız var. Mən “Qalatasaray”a inanıram. “Real”ın oyunun favoriti olmağı haqda bütün dünya danışır. Ancaq biz onlarla oynayacağıq və bundan nə alınacağı görünəcək”.

0
0