Millimiz dünya reytinqində 2 pillə irəlilədi
02.04.2013 - 08:37
Millimiz dünya reytinqində 2 pillə irəlilədi
Futzal üzrə milli komandaların reytinq cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, ötən həftə ilə müqayisədə reytinqdə müəyyən dəyişikliklər olub.

Bu da Avropa çempionatının əsas seçmə mərhələsinin oyunları ilə bağlıdır. Ötən həftə 28 millinin iştirakı ilə keçirilən qarşılaşmalar reytinq siyahısına da təsir edib.

Yer aldığı qrupda Norveç (6:0), Bosniya və Herseqovina (3:2) və Slovakiya (2:1) üzərində qazanılan qələbələr Azərbaycan yığmasının irəliləməsinə səbəb olub. Hazırda hesabında 1356 xalı olan millimiz dünyanın 13-cü komandasıdır. 2 pillə irəliləməklə Joze Alesionun yetirmələri neçə aydır möhkəmləndiyi 15-ci pilləni tərk edib. Yığmamız irəliləməklə Serbiya və Xorvatiyanı arxada qoyub.

Qeyd edək ki, 109 komandanın olduğu siyahıya Braziliya yığması başçılıq edir – 1982 xal. İspaniyalılar 1975 xalla 2-ci, İtaliya 1782 xalla 3-cü mövqeyini qoruyub.