“Barselona” qələbəni əldən verdi, “Yuventus” uduzdu
03.04.2013 - 00:37
Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyunlar çərçivəsində 2 qarşılaşma baş tutub.
Günün hər 2 oyunu böyük maraq doğururdu. Fransada reallaşan görüşdə yerli PSJ İspaniya nəhəngi “Barselona”nı qəbul edib. 1/8 finalda digər İspaniya klubu “Valensiya”nı mübarizədən kənarlaşdıran parislilər Kataloniya təmsilçisinə də gücünü göstərməyə çalışacaqdı.
Lakin PSJ rəqibini məğlub edə bilməyib. Belə ki, ilk dəqiqələrdən oyunda diktə edən “Barsa” 38-ci dəqiqədə hesabı açaraq fasiləyə minimal hesablı üstünlüklə yollanıb. Fasilədən sonra özünə gələn meydan sahibləri İbrahimoviçlə qonaqları cəzalandırıb. Bundan sonra isə tərəflər hərəyə bir dəfə fərqlənərək meydandan 2:2 hesablı sülhlə ayrılıb.
Münhendəki qarşılaşma isə Çempionlar Liqasını dəfələrlə qazanmış 2 klubun qarşıdurması olub. Ötən il finalda uduzan “Bavariya” öz meydanında “Yuventus”u sınağa çəkib. Uzun fasilədən sonra qitənin güclüləri sırasına qatılan italiyalılar səfərdən yaxşı nəticə qazanmağa iddialı idi.
Amma “Bavariya” buna imkan verməyib və hər hissədə qonaqları bir dəfə mərkəzdən başlamağa məcbur edərək cavab oyun öncəsi inamlı qələbə qazanıb – 2:0.
Qeyd edək ki, bu gün meydana çıxan 1/4 finalçılardan “Barselona” və “Bavariya” hərəsi 4, “Yuventus” 2 dəfə bu yarışın qalibi olub.
1/4 final, ilk oyunlar
2 aprel
PSJ (Fransa) - “Barselona” (İspaniya) - 2:2
Qollar: İbrahimoviç, 79; Matyuydi, 90 - Messi, 38; Xavi, 89 (pen)
Baş hakim: Volfqanq Ştark (Almaniya)
“Bavariya” (Almaniya) – “Yuventus” (İtaliya) - 2:0
Qollar: Alaba, 1; Müller, 63
Baş hakim: Mark Klattemburq (İngiltərə)

0
0