“Qarabağ”ın 2 futbolçusu “Neftçi” ilə oyunu buraxacaq
02.04.2013 - 11:20
“Qarabağ”ın 2 futbolçusu “Neftçi” ilə oyunu buraxacaq
“Qarabağ” Topaz Premyer Liqasının növbəti turun oyununa hazırlığına başlayıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, XXV turda lider “Neftçi”nin qonağı olacaq ağdamlılar “Qəbələ” ilə matçdan sonra dərhal məşqlərə start verib.

Bu gün hər 2 məşqini Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu keçirəcək komandada hücum xəttində problemlər qalmaqdadır. Belə ki, Branimir Subaşiçlə Vaqif Cavadov zədəsi davam etdiyindən, onların “Neftçi” ilə oyunu buraxacağı dəqiqdir. Əvəzində cəza üzündən “Qəbələ” ilə matçdan kənarda qalan Vüqar Nadirov sıraya dönüb.

Qeyd edək ki, “Neftçi” – “Qarabağ” oyunu aprelin 6-sı saat 17:00-da “Bakcell Arena”da keçiriləcək.