“Xəzər Lənkəran” “Kəpəz”lə oyunun hazırlıqlarına başladı - FOTO
02.04.2013 - 11:42
AZAL-la oyundan sonra bir günlük istirahəti başa vuran “Xəzər Lənkəran” bu gün məşqlərinə start verib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bu günə təyin olunan yeganə məşq ehtiyat meydançada saat 10:30-da başlayıb və Con Toşakın rəhbərliyi altında futbolçular toplu çalışmalar ilə müxtəlif tapşırıqları yerinə yetiriblər.
Hazırda “Xəzər Lənkəran”ın heyətində zədəli futbolçu yoxdur və qarşıdakı turda Gəncənin “Kəpəz” klubunun qonağı olacaq komanda cümə axşamına qədər hazırlığını Lənkərandakı bazasında sürdürəcək.
Hazırda “Xəzər Lənkəran”ın heyətində zədəli futbolçu yoxdur və qarşıdakı turda Gəncənin “Kəpəz” klubunun qonağı olacaq komanda cümə axşamına qədər hazırlığını Lənkərandakı bazasında sürdürəcək.
0
0