Ronaldo “Qalatasaray”la oyundan öncə iddialı danışdı
02.04.2013 - 12:06
“Qalatasaray”la oyunda açıq futbol ola bilər. İstanbullular çoxlu hücumlar edirlər ki, bu amil bizim qələbə şanslarımızı artırır”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Real”ın portuqaliyalı futbolçusu Kriştianu Ronaldo deyib.
Madrid klubunun bombardiri Çempionlar Liqasının 1/4 final mərhələsində “Qalatasaray”la sabahkı ev oyunu öncəsi danışıb.
Komandasına qələbə qazanmaq üçün kömək edəcək hücumçu matçın yetərincə baxımlı alınacağını düşünür: “Biz adətən evdə oynadığımız kimi hərəkət etməliyik. İşlərimiz yaxşı gedir ki, bu da bizə əlavə inam verir. Ümid edirəm ki, Çempionlar Liqasında finala kimi irəliləyəcəyik. Qələbəyə lazımı potensialımız var. Ancaq bu məqsədə addım-addım getməliyik. Bu baxımdan “Qalatasaray”la oyun bizim üçün çox vacibdir”.
Kriştianu bildirib ki, “Qalatasaray” hücum futbolu oynamağı sevir: “Real” isə sürətdə oynamağı bacaran klubdur. Üstəlik, komanda yoldaşım Məsut Özil son illərdə madridlilər üçün həlledici futbolçu sayılır. Onun əla oyun keyfiyyətləri var. Biz isə meydanda bir-birimizə gözəl başa düşürük”.

0
0