Azərbaycanda hakim təhqir olundu, futbolçu 4 oyunluq cəzalandı
02.04.2013 - 12:11
Azərbaycanda hakim təhqir olundu, futbolçu 4 oyunluq cəzalandı
AFFA İntizam Komitəsində (İK) I divizion da nəzarətdən kənar qalmayıb. Apasport.az saytının məlumatına görə, aşağı dəstənin XIX turunun “Şəmkir” – “Energetik” matçının 65-ci dəqiqəsində “Şəmkir”in futbolçusu Anar Rzayev hakimi təhqir edib.

Anar bu əməlinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. AFFA İK bu üzdən futbolçuya 4 oyunluq cəza verib. Onun çıxış etdiyi “Şəmkir” isə aşağı dəstənin maliyyə sanksiyasına uyğun olaraq 400 manatla cəzalandırılıb.

Qeyd edək ki, autsayderlərin görüşü olan “Şəmkir” – “Energetik” matçı 2:2 hesabı ilə başa çatıb.