Elhad Nəziri “Petrolul”da niyə oynamır?
02.04.2013 - 12:54
Elhad Nəziri “Petrolul”da niyə oynamır?
Azərbaycan millisinin futbolçusu Elhad Nəzirinin Rumıniyanın “Petrolul” klubunda debütünün növbəti dəfə təxirə salınmasının səbəbi məlum olub. Apasport.az saytının məlumatına görə, baş məşqçisi Kosmin Kontra ölkə çempionatının ÇFR-lə səfər oyununda da həmyerlimizə güvənməməyinin səbəbini açıqlayıb.

Kontra bunu Elhadın DÇ-2014-ün seçmə mərhələsinin Lüksemburq və Portuqaliya ilə qarşılaşmalarına çağırılması ilə əlaqələndirib: “Elhad Nəziri Azərbaycandan qayıtmaqla bağlı müəyyən problemlər yaşadığından düşərgəmizə yeni qatılıb. Yığmanın düşərgəsindən gələndən sonra cəmi 1 məşqə çıxıb. Bu üzdən də onu ÇFR-lə matça buraxmamağa qərar verdim”.

Kosmin Elhada yaxın turlarda şans verəcəyini də gizlətməyib: “Lakin mən ona hələ şans verəcəyəm. Biz görüb bilməliyik ki, gələcəkdə Elhada bel bağlamaq olar, ya yox. Qarşıdakı oyunların birində onu iş başında görəcəyik”.”

Qeyd edək ki. “Petrolul” – ÇFR matçı 1:1 hesabı ilə başa çatıb.