“Xəzər Lənkəran”ın sabiq məşqçisi “Olimpiya”da
02.04.2013 - 13:19
“Xəzər Lənkəran”ın sabiq məşqçisi İqor Ursaki yeni təyinat alıb. Apasport.az saytının məlumatına görə, moldovalı çalışdırıcı vətənində “Olimpiya” klubunun baş məşqçisi təyin olunub.
Maraqlıdır ki, o, 24 turdan sonra 9-cu yerdə gedən komandanın cari mövsümdə artıq 5-ci çalışdırıcısı olub. “Olimpiya” mövsümə başladığı Nikolay Bunyanın rəhbərliyi altında 2010-cu ildə lənkəranlıları Avroliqada mübarizədən kənarlaşdırıb.
Son iş yeri vətənində “Sperantsa” klubu olan Ursaki bundan əvvəl Moldovada “Daçiya”, “Kostulen”, “Veris”, Qazaxıstanda isə “Taraz” klubunda işləyib. O, “Xəzər Lənkəran”da 2005/06 mövsümünün ikinci yarısında baş məşqçi Viktor Pasulkonun köməkçisi olub ki, ukraynalı mütəxəssis Moldova yığmasında birgə işlədiyi həmkarını ölkəmizə gətirmişdi.

0
0