Doqquzuncu, onuncu! - FOTO
02.04.2013 - 14:38
“Qəbələ” klubunun baş məşqçi postundan ayrılan Ramiz Məmmədov Topaz Premyer Liqasının cari mövsümündə istefası reallaşan 9-cu çalışdırıcı olub. Apasport.az saytının məlumatına görə, o, 2012/2013 mövsümündə işi yarımçıq qalan 10-cu məşqçi kimi tarixə düşüb.
Çempionatın ilk 8 istefasından 7-si çempionatın 2012-ci ilə aid hissəsində, digəri isə ötən ay gerçəkləşmişdi. Məmmədova qədər 4 yerli və 4 əcnəbi postundan qovulmuşdu. “Qəbələ”nin keçmiş baş məşqçisi 5-ci yerli çalışdırıcı oldu ki, postunda duruş gətirə bilmədi.
Topaz Premyer Liqasının startı ərəfəsində Avropa Liqasının yeni mövsümündəki uğursuzluqdan sonra “Bakı”nın baş məşqçisi postunu tərk edən Novruz Əzimovu da nəzərə alsaq, yerli və əcnəbilərin balansında fərq böyüyər. Mövsümün 6 istefası azərbaycanlıların, 4-ü gəlmələrin hesabındadır.
Məmmədov və Əzimovdan başqa, türkiyəlilər Cevat Gülərlə (“Rəvan”) Fatih Kavlak (“Qəbələ”), bosniya və herseqovinalı Kemal Alispahiç (“Rəvan”), ispaniyalı Karles Martorell (“Xəzər Lənkəran”), habelə yerli mütəxəssislər - Fuad İsmayılovla (“Kəpəz”) Əsgər Abdullayev (“Turan”), Bəhmən Həsənov (“Rəvan”), Yunis Hüseynov (“Xəzər Lənkəran”) mövsümün əvvəlki 24 turunda postundan kənarlaşdırılmışdı.
10 istefadan 3-ü “Rəvan”da, 2-si “Xəzər Lənkəran” və “Qəbələ”də gerçəkləşib. Digər 3 məşqçi dəyişikliyi “Bakı”, “Kəpəz” və “Turan”da baş verib.

0
0