AFFA-dan növbəti kitab
02.04.2013 - 15:10
AFFA-dan növbəti kitab
Əməkdar jurnalist Abas Əzimovun "Futbolumuz müstəqillik dövründə" adlı yeni kitabı işıq üzü görüb. Apasport.az saytının məlumatına görə, 3 fəsildən ibarət olan kitabda Azərbaycanda müstəqillik dövründə keçirilən ölkə çempionatları, ölkə kuboku uğrunda yarışlardan bəhs olunub.

Bundan başqa, birinci divizion və əvəzedici komandaların çempionatları, Azərbaycan çempionatlarının mükafatçıları və kubok yarışlarının qaliblərinin avrokuboklarda çıxışları, həmçinin MDB və Baltikyanı dövlətlərin "Birlik Kuboku" turnirində klublarımızın nəticələri barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, "Futbolumuz müstəqillik dövründə" kitabı da bir sıra futbol tariximizi əks etdirən digər nəşrlər kimi AFFA-nın vəsaiti hesabına işıq üzü görüb.

Mənbə: affa.az