Son 4 ildə ən yaxşı “Bakı”
02.04.2013 - 15:14
Topaz Premyer Liqasının XXIV turunda səfərdə “Simurq”a 1:0 hesabı ilə qalib gələn “Bakı” 2013-cü ildəki məğlubiyyətsizliyini davam etdirib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi bu il keçirdiyi 9 oyunda yenilməyib. Bakılılar 7 çempionat və 2 kubok matçında 4 qələbə qazanıb, 5 heç-heçə edib. Bojidar Bandoviçin yetirmələri bu oyunlarda 14 qol vuraraq, 6-nı buraxıb.
“Bakı” sonuncu dəfə ötən il dekabrın 22-də “İnter”lə çempionat matçında uduzub – 0:1. Həmin səfər matçından sonra davam edən seriya isə artıq rekord həddə çatıb.
Belə ki, bu, “Bakı”nın son 4 ildə ən uğurlu seriyasıdır. 2008/09 mövsümündə Azərbaycan çempionu adını qazanan paytaxt klubu ondan sonra heç vaxt indiki kimi uğurlu çıxış etməyib. “Altılıq” sisteminə keçiddən sonrakı 4 mövsümdə ən yaxşı halda ardıcı 8 oyun uduzmamışdı. Bu seriya 2010-cu ilin əvvəlinə təsadüf etmişdi. İndi isə 9 oyunluq seriya ilə çempionluqdan sonra ən yaxşı göstərici əldə edildi.

0
0