Millimizin futbolçusu məşqlərə başladı
02.04.2013 - 15:37
Topaz Premyer Liqasının son turunda “Kəpəz”lə qarşılaşmada qələbə qazanan (1:0) "Sumqayıt" istirahəti başa vurub. Apasport.az saytının məlumatına görə, komanda bu gün “Bayıl Arena”da “Rəvan”la oyunun məşqinə çıxıb.
Zədəli Orxan Əliyev və Pərdis Fərcad-Azad hazırlıq prosesində iştirak etməyib. U-21-in heyətində zədə almış Slavik Alxasov məşqlərə başlayıb. Yüngül zədəsi olan Emin Cəfərquliyevlə Can Akgün isə bu gün fərdi məşqlərlə kifayətlənib.
Qeyd edək ki, “Rəvan” – “Sumqayıt” oyunu bazar günü keçiriləcək. Bayıldakl qarşılaşmanın start fiti saat 17:00-da səslənəcək.

0
0