Yediyi yeməklər Arif İsayevin səhhətində problem yaradıb
02.04.2013 - 15:28
“Ərciyəsspor”la görüşdən öncə mədə-bağırsaq sistemim pozulmuşdu. Oynayacaq halda deyildim”. Bunu apasport.az saytına açıqlamasında “Dənizlispor”un yarımmüdafiəçisi Arif İsayev deyib.
Həmyerlimiz ötən həftə lider “Ərciyəsspor”la Dənizlidə baş tutan matçda meydana çıxa bilmədi. Baş məşqçi Səlahattin Dərvənt onu “18-liy”ə salmağa lüzum görmədi. “Konyaspor”la matçda 33 dəqiqə oynayan Arifə bəs niyə ötən tur ehtiyac duyulmayıb?
İsayev bunu öz səhvi ilə əlaqələndirdi: “Konyaspor”la oyundan sonra yeməyimə yaxşı fikir vermədim. Acı yeməklərə üstünlük verdim, mədə-bağırsaq sistemimdə problem yarandı. Təsəvvür edin ki, “Ərciyəsspor”la oyunun cəmi bir məşqində iştirak edə bildim. Sonradan məşqlərdən də kənarda qaldım. Hardasa 7-8 gündür komanda ilə birgə məşq etməmişəm. Ancaq bu gündən hazırlıqlara qatılmışam. Bu həftə Adanada “Adanaspor”la qarşılaşacağıq”.
Səbuhi TOFİQOĞLU

0
0