İspaniya klubu 3 futbolçumuzu baxışa çağırdı
02.04.2013 - 15:39
Azərbaycan millisinin futbolçuları İspaniyaya baxışa yollanacaqlar. Apasport.az saytının məlumatına görə, 19 yaşadək qızlardan ibarət yığmamızın 3 üzvü - Aytac Şərifova, Aysun Əliyeva və Nigar Cəlilli "Rayo Valyekano" klubunun rəsmi dəvəti ilə baxışa gedəcəklər. Futbolçularımız aprelin 22-dən mayın 4-dək Madriddə komandanın düşərgəsində olacaqlar.
0
0