Ramiz Məmmədovun kreslosu nə vaxt laxladı?
02.04.2013 - 15:52
Ötən il sentyabrın 24-də “Qəbələ”nin baş məşqçisi təyin olunan Ramiz Məmmədovun bu postdakı fəaliyyəti 190 gün davam edib. Apasport.az saytının məlumatına görə, çalışdırıcı 6 aydan artıq müddətdə komandasını 21 oyuna çıxarıb.
Baş məşqçi vəzifəsinə 2-ci dəfə gələn Məmmədov ötən il sentyabrın 30-da AZAL-la görüşdə debüt etmişdi. Vaqif Sadıqovun yetirmələri ilə duel qolsuz heç-heçə ilə başa çatmışdı.
Lakin həmin vaxt Məmmədovu “qarşılayan” AZAL onun istefasının təməlini qoydu. Belə ki, çalışdırıcı çempionatda ardıcıl 3 məğlubiyyətdən sonra “Qəbələ”dən qovuldu. Bu seriya da AZAL-la Topaz Premyer Liqasının XXII turunun matçında başladı. Bakıda qeydə alınan 6:1 darmadağınla Məmmədovun kreslosu laxladı.
Ardından evdə “İnter”ə 1:2 hesabı ilə uduzan “Qəbələ” Bakıda “Qarabağ”a 0:1 hesabı ilə yeniləndən sonra baş məşqçisini dəyişməyi lazım bildi. Məmmədovu postundan Qurban Qurbanovun komandası azarkeşlərsiz keçirilən matçda “yola saldı”. Bu onun 21 matçda 7-ci – sonuncu məğlubiyyəti oldu. Xoşbəxt rəqəm çalışdırıcı üçün uğursuz oldu.
İkinci dəfə postundan kənarlaşdırılan Məmmədov 2006-2010-cu illərdə bu postda daha uzun müddət duruş gətirmişdi. Həmin vaxt 4 ilə yaxın baş məşqçi olan mütəxəssis komandasını təkcə çempionatda 100 oyuna çıxarmışdı.
Bununla da Məmmədovun 2 ayrı vaxtda “Qəbələ”ni meydana çıxardığı ümumi oyunların sayı 139-a çatdı. O, komandasını “5”ləri qoşalaşdırıb çıxdı. Belə ki, “Qarabağ”a məğlubiyyət “Qəbələ”nin Məmmədovun rəhbərliyi altında 55-ci yenilgisi idi.

Çempionat | 18 | 7 | 4 | 7 | 20-11 | 25 |
kubok | 3 | 1 | 2 | 0 | 3-1 | 5 |
21 | 8 | 6 | 7 | 23-12 | 30 |
İkinci dəfə postundan kənarlaşdırılan Məmmədov 2006-2010-cu illərdə bu postda daha uzun müddət duruş gətirmişdi. Həmin vaxt 4 ilə yaxın baş məşqçi olan mütəxəssis komandasını təkcə çempionatda 100 oyuna çıxarmışdı.
Çempionat | 100 | 36 | 22 | 42 | 109-123 | 131 |
kubok | 18 | 8 | 4 | 6 | 19-21 | 28 |
118 | 44 | 26 | 48 | 128-144 | 159 |
Bununla da Məmmədovun 2 ayrı vaxtda “Qəbələ”ni meydana çıxardığı ümumi oyunların sayı 139-a çatdı. O, komandasını “5”ləri qoşalaşdırıb çıxdı. Belə ki, “Qarabağ”a məğlubiyyət “Qəbələ”nin Məmmədovun rəhbərliyi altında 55-ci yenilgisi idi.
Çempionat | 118 | 43 | 26 | 49 | 129-134 | 156 |
kubok | 21 | 9 | 6 | 6 | 22-22 | 33 |
139 | 52 | 32 | 55 | 151-156 | 159 |
0
0