Roberto Alviz: Bu halla ilk dəfə “Xəzər Lənkəran”da rastlaşdım
02.04.2013 - 16:21
“Komandamızda əvvəllər penaltini Branimir Subaşiç vururdu. O, qış fasiləsində gedəndən sonra bu zərbələr mənə tapşırıldı”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın xorvatiyalı futbolçusu Roberto Alviz deyib.
Bu ildən Lənkəran klubunda penaltini yerinə yetirən yarımmüdafiəçi əvvəllər də bunu etdiyindən, özünü ixtisaslaşmış sayır: “Əvvəlki komandalarımda penaltiləri həmişə mən vururdum. Bu, Albaniyada, Kiprdə, Avstriyada olub. Subaşiç gedəndən sonra fikirləşdik ki, 11 metrlik zərbələri mən vurum. Daha öncə bunu etdiyimdən, özümü hazır sayırdım. Əgər məndə alınmırsa, kimsə buna özünü daha hazır sayırsa, razıyam, zərbəni o vursun. Ancaq hazırda özümü yaxşı hiss edirəm və artıq 3-4 qol vurmuşam”.
Maraqlıdır ki, Alviz təsnifat mərhələsinin son turunda “Sumqayıt”la evdə 2:2 hesablı bərabərliyə qaldıqları oyunda 2 dəfə penalti nöqtəsinə yaxınlaşaraq, topu qapıya göndərməyin öhdəsindən gəlib. O həyatında ilk dəfə belə rastlaşdığını deyib: “Mən karyeramda indiyə kimi heç vaxt 1 oyunda 2 penalti vurmamışdım. Bu, ilk dəfə Azərbaycanda oldu. Özü də 11 metrlik zərbəsini qaçırdığım an olmayıb. Allah eləsin ki, “Xəzər Lənkəran”da da penaltiləri həmişə dəqiq vurum”.
Mehman SÜLEYMANOV

0
0