“Qəbələ”nin məşqçiləri “Şaxtyor”un təşkil etdiyi konqresdə - FOTO
02.04.2013 - 17:35
“Qəbələ” Futbol Akademiyasının məşqçiləri – Tərlan Məmmədov, Xəqani Məmmədov, Ülfət Mədətov və Famil Xəlilov Ukraynanın Donetsk şəhərində “Şaxtyor” klubu tərəfindən təşkil olunmuş məşqçilərin III konqrensində iştirak edib. Apasport.az saytının məlumatına görə, 28-29 may tarixlərində keçirilən konqresin proqramına əsasən iki gün ərzində məşqçilər seminarlarda və praktiki məşqlərdə yer alıblar.
Toplantı barədə gabalafc.az-a açıqlama Məmmədov səfərin mühüm məqamlarına toxunub: “Artıq 3-cü dəfədir keçirilən konfransda hər il tanınmış klublardan mütəxəssislər iştirak edir. Bu il toplantı “Çelsi” Futbol Akademiyasının məşqçisi Eddi Nyuton, “Real” Madrid Futbol Akademiyasının məşqçisi Cimi Torkal, Dünya Futbol Akademiyasının mütəxəssisləri Raymon Verhayen və Nils de Fris, o cümlədən “Şaxtyor” klubunun nümayəndələrinin çıxışları və praktiki məşğələləri ilə yadda qaldı. Seminarlarda və məşqlərdə müxtəlif klubların akademiya fəlsəfəsindən, onların iş prinsiplərindən, komandaların skaut sistemindən, məşq və sistem seçimlərindən, futbolçuların fiziki keyfiyyətlərinin testlər yolu ilə düzgün analizi və onların inkişafına yardım edəcək prinsiplərdən, yeni texnologiyaların futbolda istifadəsindən söhbət açıldı, məlumat verildi. Bir sözlə, məşqçi kimi yetişməyimizdə, nəzəri və praktiki bilgilərimizin artmasında konqresin böyük faydası olacağı şübhəsizdir”.

0
0