Argentinalıların Azərbaycanda ilk het-triki
02.04.2013 - 17:55
Topaz Premyer Liqasının XXIV turunun “Turan” - “Rəvan” oyunu bir sıra məqamlarla əlamətdar olub. Apasport.az saytının məlumatına görə, meydan sahiblərinin qapısına 3 qol vuran argentinalı hücumçu Xuan Varea mövsümün 2-ci het-trikinin müəllifi oldu. İlk belə hadisə ötən il dekabrın 2-də qeydə alınmışdı. Onda “Turan”ın malili legioneri Salif Ballo “Kəpəz”lə matçda 3 qol vurmuşdu. Ballo komandasına qərb derbisində 5:1 hesablı qələbə qazandırmışdı.
Varea “Rəvan”ın tarixinə Premyer Liqada ilk het-trik müəllifi kimi düşüb. Lakin klubun tarixində daha 2 het-trik var. Bunların hər ikisi İzzətəli Süleymanovun hesabındadır. O, komandası I divizionda çıxış etdiyi 2010/11 mövsümündə əvvəl “MKT Araz”, ardınca “Energetik”lə matçda 3 qol vurub. 2010-cu il müvafiq olaraq oktyabrın və noyabrın 17-də olan matçlardan birincisi evdə, ikincisi səfərdə keçirilib.
Xuan Azərbaycan çempionatları tarixinə het-trik müəllifi olan ilk argentinalı kimi düşüb. Ona qədər 16 ölkədən olan əcnəbilər 29 dəfə 1 oyuna 3 qol vurmuşdu. Varea yubiley – 30-cu het-trikin müəllifi olub. Daha çox isə gürcüstanlılar fərqlənib: Gürcüstan – 6, Nigeriya, Braziliya – hərəsi 3, Moldova, Ukrayna, Özbəkistan, Litva – hərəsi 2, Seneqal, Serbiya, İran, Türkiyə, Sloveniya, Fil Dişi Sahili, Latviya, Uruqvay, Mali, Argentina – hərəsi 1.
“Rəvan” isə Premyer Liqada ilk dəfə 6 qol vurub. Bunadək heç vaxt bu qədər məhsuldar olmayan paytaxt təmsilçisi 2-ci dəfə 4 top fərqinə sevindi. Ötən il aprelin 28-də evdə “Kəpəz”i 5:1 hesabı ilə məğlub edən “Rəvan” Premyer Liqa tarixində özünün 2-ci, səfərdə isə 1-ci böyükhesablı qələbəsini qazanıb. Komandanın tarixindəki ən böyük qələbə isə I divizionda qeydə alınıb. 2010-cu il noyabrın 17-də bakılılar səfərdə “Energetik”i 8:0 hesabı ilə məğlub edib.
“Turan”sa ölkə çempionatında 43-cü böyükhesablı məğlubiyyətini alıb. Tovuz təmsilçisi sonuncu dəfə belə ağır məğlubiyyəti bu il fevralın 13-də “Bakı” ilə ev oyununda almışdı – 0:4. Qərblilərin 6 və daha çox qol buraxdığı son matç isə 2008-ci il noyabrın 22-də olmuşdu. Həmin vaxt “Bakı” qonaqları 7:0 yenmişdi.
Cari mövsüm çempionatda 3-cü dəfə 1 komanda 1 hissədə 5 qol vurub. Bunadək “Neftçi” “Sumqayıt”la ötən il noyabrın 17-dəki matçın 1-ci, AZAL isə bu il martın 3-də “Qəbələ” ilə oyunun 2-ci hissəsində rəqib qapısından 5 top keçirib.

0
0