“Qalatasaray” “Real”ı keçməyin qarşılığında verəcəyi mükafatı açıqladı
02.04.2013 - 18:51
“Qalatasaray” “Real”ı keçməyin qarşılığında verəcəyi mükafatı açıqladı
“Qalatasaray” Çempionlar Liqasının 1/4 final mərhələsində “Real”ı keçəcəyi halda futbolçulara verəcəyi mükafatın məbləğini açıqlayıb. Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi futbolçuların hər birinə 25 min avro söz verib.

Ancaq bu, UEFA-dan gələcək pulla müqayisə oluna bilməz. Belə ki, qitə futbol qurumu yarımfinal iştirakçılarının hər birinə 4,9 milyon mükafat verəcək.

Qeyd edək ki, “Qalatasaray”la “Real”la ilk oyunu sabah Madriddə keçirəcək.