“Yenidən Azərbaycana səfər etmək bizim üçün xoş olacaq”
02.04.2013 - 19:41
Birinci İBAR CUP turnirinin qalibi olan və yayda yenidən bu turnirə qatılacaq “Rubin” U-14 komandasının baş məşqçisi, ispaniyalı mütəxəssis Efren Peteyro Bakıya ötənilki səfəri haqqında xatirələrini bölüşüb. Apasport.az-ın “İnter”in rəsmi saytına istinadən məlumatına görə, o, ölkəmizə təkrar səfərindən nə gözlədiyi barədə danışıb:
“Etiraf edim ki, mən bir çox beynəlxalq turnirlər görmüşəm. Ancaq bilirsiniz, açıq demək istəyirəm ki, Bakıda keçirilən ötənilki turnir xüsusi olaraq yadımda qaldı. Yalnız ona görə yox ki, komandamız turnirin qalibi oldu, məsələ təkcə bunda deyil. Belə ki, sizin turniriniz yaxşı təşkil olunmuşdu. Yarışın təşkilatçıları bütün mümkün detalları nəzərə almışdılar, bizi zəruri olanlarla təmin etmişdilər. Bakıya səfər uşaqların da yadlarında qaldı və onlar evlərinə xoş təəssüratlarla qayıtmışdılar. Yenidən Azərbaycana səfər etmək bizim üçün xoş olacaq. Biz səbrsizlə yayı gözləyirik”.

0
0