“Rəqib komandanın başında əla məşqçi var”
02.04.2013 - 21:05
Sabah Çempionlar Liqasının 1/4 final mərhələsində “Qalatasaray”la qarşılaşacaq olan “Real”ın baş məşqçisi Joze Mourinyo matçdan öncə mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssis görüşdən komandasının qalib ayrılmasını istədiyini bildirib.
Mourinyo “Cim-Bom”un heyətində Droqba, Sneyder və Burakı xüsusi vurğulayıb: “Mən sabahkı oyundan qalib ayrılmaq istəyirəm. Həmçinin bizim rəqibimiz də. Sneyder və Droqba bundan əvvəl mənim komandam üçün önəmli oyunçular idi. Amma sabah onlar mənim dostum olacaqlar. Rəqib komandanın başında əla məşqçi var. O, belə görüşlərdə böyük təcrübəyə malikdir. Ona görə, Terim özünü rahat hiss edir. Onu Madriddə oyunla qorxutmayacaqsan. Terimin əlinin altında yaxşı futbolçular var. Bu oyunçular böyük klublarda oynayıblar. Droqba, Sneyder və Burak dünyanın istənilən komandasında oynaya bilərlər”.

0
0