Sneyder: Madridə qələbə üçün gəldik
02.04.2013 - 22:05
“Oyunun yaxşı olmağına söz verirəm və mənə bura yenidən qayıtdığım üçün çox xoşdur. Bu mənim üçün yüksək səviyyədir. Biz səbirsizliklə sabahkı matçın start fitini gözləyirik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qalatasaray”ın futbolçusu Uesli Sneyder deyib.
Hollandiyalı yarımmüdafiəçi sabah Çempionlar Liqasının 1/4 final mərhələsində “Real”la oyun öncəsi öz fikrilərini bildirib. O, Madridə məğlub olmaq üçün gəlmədiklərini ifadə edib: “İndi mən tamamilə xoşbəxtəm və öz gücümdən də əminəm. Amma Mourinoydan tək bir şey deyə bilərəm. Mən onun rəhbərliyi altında oynayanda, Joze fantastik idi. Sabah isə biz rəqib olacağıq. Bu görüşdə qol vurmaq və uduzmamaq çox əhəmiyyətlidir. Bura müdafiə olunmağa gəlmədik. Öz futbolumuzu oynamağa hazırlaşırıq. Biz, Madridə “Real”ı məğlub etmək üçün gəldik. “Qalatasaray”ın Çempionlar Liqasının 1/4 finalına keçməsində, heç bir sürpriz olmadı. Mən “Cim-Bom”da hamıdan razıyam. Özümü burada rahat hiss edirəm. “Qalatasaray” fantastik klubdur”.

0
0