PSJ və “Barselona”nın start heyətləri məlum oldu
02.04.2013 - 22:12
PSJ və “Barselona”nın start heyətləri məlum oldu
Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyun günündə qarşılaşacaq PSJ və “Barselona”nın start heyətləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, meydan sahiblərinin baş məşqçisi Karlo Ançelotti İngiltərə yığmasının sabiq futbolçusu Devid Bekhemə ilk “11-lik”də sans verib.

Hər iki komandanın start heyəti:

PSJ: Siriqu, Jalle, Aleks, Tyaqo Silva, Maksvell, Bekhem, Matyuydi, Lukas Moura, Pastore, İbrahimoviç, Lavessi.

“Barselona”: Valdes, Alves, Maskerano, Pike, Alba, Buskets, İnyesta, Xavi, Vilya, Messi, Sançes.