Fatih Terim Joze Mourinyonu dünyanın ən yaxşısı saydı
02.04.2013 - 23:22
Fatih Terim Joze Mourinyonu dünyanın ən yaxşısı saydı
“Real”ın heyətində dünyanın ən adlı-sanlı oyunçular var. Bundan başqa, bu komandada planetin ən yaxşı məşqçisi işləyir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qalatasaray”ın baş məşqçisi Fatih Terim deyib.

Təcrübəli çalışdırıcı Çempionlar Liqasının 1/4 final mərhələsində “Real”la oyun öncəsi mətbuat konfransı keçirib.

O, “Kral klubu”nun baş məşqçisi Joze Mourinyo ilə birgə Kriştianu Ronaldonu da qiymətləndirib: “Real” evdə çox gözəl oynayır. Madridlilər bu stadionda böyük müvəffəqiyyətlərə nail olublar. Onların heyətində dünyanın ən təhlükəli və güclü futbolçusu çıxış edir. Söhbət Kriştianu Ronaldodan gedir. Biz “Real”a hörmət bəsləyirik. Lakin buna baxmayaraq bura qələbə üçün gəlmişik”.