Vicdan ləkəsi
02.04.2013 - 23:21
Çempionluğa ən real namizəd olan "Neftçi"nin ən təhlükəli rəqibi "İnter"lə mübarizəsi artıq meydanın hüdudlarını aşdı. Premyer Liqanın hesabat turunda "ağ-qaralar"ın səfər qələbəsi sayəsində "bankirlər"lə xal fərqini 4-ə çatdırması əsəbləri də gərdi. Təbii ki, bundan daha çox meydan sahibləri qeyzləndi. Axı, bu məğlubiyyət birbaşa onların mövqelərini zəiflətdi.
Ancaq məhz belə bir məqamda "İnter"in bolqar prezidenti Georgi Nikolov ortaya düşdü və aranı qatdı. Bilmirəm o, həqiqətən qazonun yararsız hala düşməsinə görə narahat olmuşdu, yoxsa komandasının nəticəsini unutdurub arxa plana keçirmək istəyirdi. Hər halda o, bunu bacardı. Və bunu bir az köntöy üsulla etdi.
Nikolov çox mədəni adamdı. O, eyni zamanda işində bacarıqlı. Düzdü, burada "iş görmək bacarığı"nı hərə bir cür başa düşə bilər. Ancaq mən məhz onun öz klubu naminə gördüyü işi deyirəm. Bu adam "bankirlər"in rəhbəri təyin olunandan bəri daim "İnter"i iddialılar arasında saxlayıb, komanda ikiqat çempiondu.
Bundan başqa Nikolovun özəlliyi odu ki, mətbuatla münasibətdə səmimidi. Bəlkə də bu, sırf öz maraqlarına görədi. Ancaq istənilən halda nə vaxt istəsən bolqar prezidentə zəng vurub arzuladığın məsələylə bağlı fikir öyrənə bilərsən, hansısa qadağa yoxdu. Onun arabir klub saytında yazdığı köşələr isə futbola, klub idarəçiliyinə baxışını ifadə edir.
Nikolov son paytaxt derbisindən sonra necə özündən çıxdısa, vurub bütün sərhədləri dağıtdı, durduğu yerdə özünə düşmən qazandı. Və zənnimcə, onu özünə düşmən elan edənlər də haqlıdı. Çünki bolqar funksioner bir batman balla yeyiləsi olmayan zəhər qaynadıb.
SİTAT. Hansısa sayt yazıb ki, meydançada çox cüzi ləkə qalıb. Yox, əzizlərim, birincisi, "Neftçi"nin vicdanındakı ləkə böyükdü. İkincisi, zərər kifayət qədər çoxdu. Bu vandalizm aktına görə meydançanın 65x4 metr örtüyü tamamilə dəyişdiriləcək. Bu, əsla U-17 qızlar arasında dünya çempionatına görə salınmış təzə meydança deyil. Bu meydança "İnter" klubunun mütəxəssisləri və əməkdaşlarının səyləri nəticəsində düzəldilib. Buna görə "İnter" klubu tərəfindən 500 min manat pul ödənilib.
Nikolovun derbidə qonaq azarkeşlərinin meydana fişəng atıb qazonu yandırmasına reaksiyası elə ilk cümlədəncə qüsurludu. Çünki "hansısa sayt"ın nəsə yazması kimisə təhqir üçün əsas ola bilməz. Qazona ciddi ziyan dəyibsə, AFFA-ya şikayət edin, qoy bu qurum qonaq komandanı dəymiş zərəri ödəməyə məcbur etsin. Kiminsə vicdanında ləkə olduğunu önə çəkmək isə birbaşa təhqiramiz iddiadı. Söhbət "Neftçi"nin "xalq komandası" adlandırılmasından getmir. Bu sözlərə istənilən komanda tuş gələ bilərdi. Həmin zaman da münasibət dəyişilməyəcəkdi. Qazonla "Neftçi"nin vicdanının nə əlaqəsi? Həm də "Neftçi"dən komanda adına danışılırsa, demək bu sözlər ümumiyyətlə, bütün klub üzvlərinin təhqir edlməsidi.
Sadəcə, Nikolov sözünü diplomatcasına deyib, daha ona cavab verən Güloğlan Cabbarov kimi yox. "Neftçi" rəsmisi baltanı kökündən vurub: "Şərəfsiz Georgi Nikolovun özüdü".
Biz tərəflərdə "şərəfsiz", "vicdansız" kimi sözlərə görə baş kəsirlər. Amma iki klub rəsmisi bu sözlərdən elə istifadə edir ki, sanki alma-armud satırlar.
SİTAT. Söhbət puldan, kluba dəyən zərərdən getmir. Söhbət ondan gedir ki, futbolda xuliqanlıq sürətlə artır. "Eyzel" stadionundakı faciəvi hadisələr məhz bu cür insidentdən sonra baş verib. "İnter"in qonaqpərvərliyinə bəzi "qonaqlar" qafqazlılara xas olmayan biabırçılıqla cavab veriblər. Növbəti oyunlarda bu cür halların qarşısını almaq üçün xüsusi tədbir görəcək, onları "kletka"ya salacağıq (Sport Ekspress).
Nikolov özü də bilmədən yalanını ortaya qoyur. Söhbət puldan getmirsə, yuxarıda qeyd etdikləriniz nəyə lazımdı. Söhbət məhz puldan gedir və siz dəyən ziyanın ödənilməsini arzulayırsız. "Eyzel" faciəsi haqda yazılanlar isə geniş təxəyyülün məhsuludu. Bizim oyunlar heç həmin faciədə ölənlərin 1/3-i qədər azarkeş gəlmir. Hər hansı hadisə olacaqsa da, buna ilk növbədə siz cavab verməlisiz. Çünki zəhmət çəkib təhlükəsizlik tədbirləri görməliydiz. Qonaqpərvərliklə bağlı qeydlər isə tam yerindədi. Biz o qədər qonaqpərvər olmasaydıq, Azərbaycan klubunun mövcud olduğu bu qədər illər ərzində ona hansısa bolqar yox, bir azərbaycanlı rəhbərlik edər, heç olmasa, 3 ay onu yerli məşqçi çalışdırardı. Çox qonaqpərvərik, çox... O qədər qonaqpərvərik ki, "İnter"in qapıçısı Georgi Lomaya azarkeşlərə qarşı hörmətsizlik edib tərbiyəsiz jest edəndə onu "kletka"ya qoyub Gürcüstana göndərmədik, Petar Zlatinov kimi bolqarlar 1 ildi topa ayağı dəymədən ölkəmizin pulunu yeyir, "İnter"də daş atanda gürcüyə, bolqara dəyir, biz buna göz yumuruq.
Bir iş idi oldu, Nikolov yazdı, "Neftçi" rəhbərliyindən cavabını aldı. Düzdü, flaqmanın birbaşa prezidenti yox, digər işçiləri bolqarın təhqirinə təhqirlə qarşılıq verdi. Ancaq paylı payını götürdü. Bundan sonra "Neftçi" - "İnter" oyunlarında intiriqa bir az da alovlanacaq, əsəblər tarıma çəkiləcək. "Vicdandakı ləkə"yə görə isə hər kəs papağını qabağına qoyub fikirləşməlidi. "Neftçi"nin nə işlərlə məşğul olduğunu, harda, hansı səhvi etdiyini, hansı ədalətsizliklərə uğradığını, hansı ədalətsizliklərdən faydalandığını gözəl bilirik. Ancaq qoy bunu deməyə haqqı olanlar desin, daha çempionatı oyuncağa çevirib idmanın ədalətinə tüpürənlər, idmançı vicdanını Zaqataladakı filialında satanlar, Simurq quşunun qanadları altında gizlədənlər yox.

0
0