“Qalatasaray” “Real”la oyuna hazırdı
02.04.2013 - 23:42
“Qalatasaray” “Real”la oyuna hazırdı
Çempionlar Liqasının 1/4 final mərhələsində “Real”la qarşılaşacaq olan “Qalatasaray” “Santyaqo Bernabeu” stadionunda son məşqinə çıxıb. Apasport.az saytının məlumatına görə, futbolçular “Cim-Bom”un baş məşqçisi Fatih Terimin rəhbərliyi altında 15 dəqiqə məşq edib.

Mətbuat nümayəndələri üçün açıq olan məşqdə oyunçular isinmə hərəkətlərini və topla ötürmələri yerinə yetiriblər. Bir qrup “sarı-qırmızılı” azarkeşlər isə komandalarını yalnız buraxmayıb. Onlar məşqin sonuna qədər futbolçuları xoş sözlərlə dəstəkləyiblər.

Qeyd edək ki, “Real” – “Qalatasaray” matçı bu gün Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.