Bekhem Britaniya futbol tarixinə düşdü
03.04.2013 - 00:22
Çempionlar Liqasının 1/4 final mərhələsinin “Barselona”ya qarşı ilk oyunda PSJ-nin heyətində meydana çıxan Devid Bekhem Britaniya futbol tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, 37 yaşlı yarımmüdafiəçi 4 müxtəlif komandaların heyətində Avropanın ən titullu klub turnirində oynayan yeganə britaniyalıdır.
İlk “11-lik”də meydana çıxan Bekhem 70-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, İngiltərə millisinin sabiq futbolçusu buna qədər Çempionlar Liqasında “Mançester Yunayted” (77 matç), “Real” (26) və “Milan” (2) kimi məşhur klubların formasını geyinib.

0
0